Yeni inkişaf mərhələsi keçən ölkəmizdə milli maraqların qorunmasında, vətəndaşcəmiyyətinin hərtərəfl i inkişafında rolu böyük olan, həmçinin müxtəlif sahələr üzrədövlət proqramlarının icrasında, eləcə də cəmiyyət həyatının bir sıra sahələrindəyaranan problemlərin həllində yaxından iştirak etməklə, respublikamızın ən fəalqeyri-hökumət təşkilatlarından biri kimi özünü çoxdan tanıdan Beynəlxalq DiasporMərkəzi, bütün dünyanın qarışdığı bu həssas, mürəkkəb və çətin dönəmdə doğmaVətən naminə öz fəallığını getdikcə daha da artırır. Ən əsası odur ki, BDM düşmənidüşmən gözündə görməklə, ona qarşı etdiklərini daha da sərtləşdirir. Deyilənlərqurumun Avropa Nümayəndəliyinin rəhbəri, professor Azər Kərimovun, Polşa üzrə nümayəndəsi Sərdar Oğuzun imzaladıqları və Çex — Azərbaycan Elm-MədəniyyətMərkəzi kollektivinin dəstəkçisi olduğu son Bəyanatda da öz əksini tapıb.
“Azərbaycan Respublikasının hərtərəfl i inkişafını və beynəlxalq səviyyədə nüfuzsahibinə çevrilməsini gözləri götürməyənlərin fitnə-fəsad dolu təhrikləri ilə, Qafqazdaikinci cəbhənin açıldığı, müharibənin Azərbaycanla sərhədə yaxınlaşdığı gözqabağındadır. Konkret desək, əzəli və əbədi düşmənimizə çevrilən haram ermənidövlətini idarə edən siyasi hakimiyyətin davranışları, həmçinin oradakı revanşistqüvvələrin fəaliyyətlərinin stimullaşdırılması ilə bağlı atılan iyrənc addımlar Paşinyanhökumətinin hərtərəfl i qarşıdurmaya hazırlaşdığını bir daha ortaya qoyur. Bununreallıq olduğunu xarici təhrikçi qüvvələrin son zamanlar sərgilədikləri bəd əməllər,həmçinin onların Ermənistanın silahlandırılması istiqamətində atdıqları intensivaddımlar da təsdiqləyir. Bütün bunlar isə, regionda sabitliyin pozulmasına gətiribçıxarır.
Hazırda Şərqi Avropada baş verən qarşıdurmalar, həmçinin Gürcüstanda təsiragentlərinin iştirakı ilə cərəyan edən proseslər göz qabağındadır. Söz sahibi nüfuzlusiyasi ekspertlərin və politoloqların da dedikləri kimi, heç bir hüququ statusu vəmandatı olmayan, Ermənistan — Azərbaycan sərhədində öz təhrikçi fəaliyyətini Praqarazılaşmasının kobud şəkildə pozulması ilə davam etdirən Avropa İttifaqının bədəməlləri də bu sıradandır. Üstəlik, Polşa prezidenti Anjey Dudanın Azərbaycana rəsmisəfərindən sonra, sərhəd bölgəsinə, hələ də erməni işğalı altındakı Kərki kəndinəyaxın əraziyə gedərək, ölkəmiz əleyhinə təbliğatda iştirak etməsi də, deyilənlərin bariznümunəsidir. Elə bunlarla da, yaranmış durumla bağlı son nəticəni çıxarmaqmümkündür. Yəni,
Ermənistanın yenidən canlanmaqda olan müharibə avantürası Qərbin növbəti təxribatssenarisinin tərkib hissəsi olduğu qənaətinə gəlməyimizə daha bir əsas verir. ÇünkiPolşa xeyli müddətdir ki, Qərbin keçmiş Sovet respublikalarındakı pozucu, dağıdıcılayihələrinin həyata keçirilməsində iştirak etməklə, qlobal casus şəbəkəsininformalaşdırılmasına başçılıq edən geosiyasi təzyiq təsisatlarına ev sahibliyi edən,onların fəaliyyətinə dəstək verən bir ölkə kimi özünü tanıdıb. Bir sözlə, bu ölkəninsiyasiləri və təsisatları baş verən bütün xoşagəlməz olaylarda birbaşa, yaxud dolayısıilə iştirak edirlər. Bu da, bir daha onu təsdiq edir ki, düşmən ölkə hakimiyyəti iləQərbin xaos ssenarili maraqları üst-üstə düşür.
Bu proseslərdə, daha öncə qeyd etdiyimiz kimi, Polşanın da yer alması danılmazdır.Məhz buna görə də, Polşanın hərəkətləri daim diqqətdə saxlanılmalıdır”, — Bəyanatda xüsusi olaraq qeyd edilir.
1