Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq.
Sabahinfo.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Belə ki, 1-ci sinfə qəbul qaydalarında bəzi yeniliklər edilib.
Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçən uşaqlar üçün əvvəlki illərdə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan "Ankara məktəbi" məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin I sinfə qəbul prosesində müsabiqə yolu ilə qəbul aparılmayacaq.
Qeyd edilən ümumi təhsil müəssisələrinin birinci siniflərinə yalnız prioritetlər üzrə və sərbəst qaydada qəbul aparılacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan digər 6 ümumi təhsil müəssisəsinə müraciətlərin sayından asılı olaraq müsabiqələrin keçirilib keçirilməməsi barədə qərar proses dövründə veriləcək.