Fətullah və Gülənin FETÖ-çü atası tutuldu

Türkiyədə Fətullah Gülən camaatına qarşı aparılan istintaq çərçivəsində daha 4 iş adamı tutulub.

Araşdırma nəticəsində Balıkesirin Gökçe vilaytəində saxlanılan 5 biznesmendən 4-ü məhkəmə qərarı ilə həbs edilib.


Onların arasında hakim Ədalət və İnkişaf Partiyasının Büyükşəhir Bələdiyyə Məclis üzvü, E.O. adlı iş adamı da var. E.O-nun evində yoxlamalar zamanı şifrəli 1 dollar tapılıb.

Həbs edilən digər iş adamı İ.G-nin uşaqlarına isə Fətullah və Gülən adları qoyduğu məlum olub.


azvision.az