Fransada Qarabağ üçün 1,3 milyon avro ianə topladılar

"Hayastan ümumerməni fondu Dağlıq Qarabağa yardım məqsədilə 1,35 milyon avro vəsait toplayıb.

 

sabahinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, noyabrın 16-dan 20nə qədər keçirilən marafona İsveç, Almaniya və Yunansıtan erməniləri də dəstək verib.

 

Toplanmış vəsait Suriya ermənilərinə yardıma və Dağlıq Qarabağda tikinti işlərinin həyata keçirilməsinə sərf olunacaq.

 

Əsas telemarafon isə noyabrın 24-də Los-Ancelesdə start götürəcək və 12 saat davam edəcək.