Fransanın Sona və Luara departamentində təyyarə qəzaya düşüb.
Təyyarə dəmiryol xəttinin yaxınlığında yerə düşüb. İlkin məlumata görə, pilot dünyasını dəyişib. Təyyarədə başqa sərnişinlərin olması barədə məlumat verilməyib.
Qəza səbəbindən qatarların hərəkət qrafikində bir saat ləngimə qeydə alınıb.