Fransada "Total” şirkətinə məxsus neft emalı zavodunda partlayış baş verib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident Qonfrevil kommunasında (Aşağı Normandiya departamenti) təmir işləri aparılarkən qeydə alınıb.
Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. İlkin məlumata əsasən, partlayışa qaz sızması səbəb olub.