Fransanın baş naziri prezidentliyə namizədliyini irəli sürüb

Fransanın baş naziri Manuel Vals 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir bu gün bildirib.

 

Manuel Vals sosialistlərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçiriləcək ilkin seçkilərdə iştirak edəcək. Vals bəyan edib ki, seçkiqabağı kampaniyada iştirak etmək üçün dekabrın 6-da istefa ərizəsini Fransual Ollanda təqdim edəcək. 

 

Qeyd edək ki, Fransanın hazırkı prezidenti Fransua Olland ötən həftə prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib.