ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı Daniela Qrin Suriyada İŞİD terror qruplaşmasının üzvü - Denis Kaspert ilə ailə qurub. Trend-in məlumatına görə, FTB-də D.Qrinə İŞİD terror qruplaşmasının üzvü barədə araşdırmalarda iştirak etmək tapşırılıb.
FTB-nin tərcüməçisi olan D.Qrin rəhbərliyinə getmək niyyətində olduğu yer barədə yalan danışaraq, D.Kaspertə onun haqqında araşdırma aparılması barədə xəbərdarlıq edib. Bundan sonra onlar arasında qarşılıqlı etibar yaranıb və onlar 2014-cü ildə ailə qurub, lakin KİV-lərə bu barədə yalnız indi məlum olub.
Xəbərdə bildirilir ki, D.Qrin ABŞ-a qayıdıb. O, ABŞ-da həbs edilib. D.Qrin hökumətlə əməkdaşlıq etməyə razılaşıb. Məhkəmə D.Qrin barəsində 2 il həbs cəzası qərarı verib. Ötən il yayda D.Qrin azadlığa buraxılıb.
Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında "CNN" telekanalı belə məlumat yaymışdı ki, 39 yaşlı D.Kaspert ABŞ aviasiyasının hücumu zamanı Suriyada ölüb.
D.Kaspert ABŞ Dövlət Departamentində əsas təhlükəli beynəlxalq terrorçuların siyahısında olub.