Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Sabahinfo.az Kəpəz TV-yə istinadan məlumat verir ki, gecə saat 4 radələrində Gəncə
şəhər TTYX-na şəhər sakini 21 yaşlı Şükür Əşrəfov gətirilib.
Döş
qəfəsinin və qarının daxilə keçən kəsilmiş deşilmiş yarası diyaqnozu
ilə xəstəxanaya çatdırılan, Şükür Əşrəfov dərhal həkimlər tərəfindən
əməliyyata götürülüb.
Hadisənin hansı zəmində, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırmalara başlanılıb.