Sibirdə 89 yaşlı Yekaterina Papina adlı qadın dünyanın bir çox ölkəsinə səyahət edib.
sabahinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krasnoyarsk şəhərinin sakini Avropa və Asiyanın bəzi ölkələrini gəzib.
İlk xarici səyahətinə 40 yaşında başlayan qadın Polşaya üz tutub. Daha sonra isə Almaniya və Praqaya gedib. Son 5 ildir davamlı olaraq Praqaya səfər edənYekaterina Türkiyəyə də yollanıb. Səyahət fikrinin dostları tərəfindən verildiyini deyən qadın "Çox yaşlıyam, ölkədən çıxmağıma icazə verməzlər” deyə düşünürdüm. Amma məlum oldu ki, belə deyilmiş. Hazırda dostlarım məni çox qısqanır”.
Səyahət etməyin onun üçün zövqlü olduğunu deyən Yekaterina "Uşaqlığım artıq şərtlər altında keçib. Qıtlıq illərində yaşamışıq. Bəzən özüm də təəccüblənirəm ki, bunu necə bacarıram. Yəqin Tanrı mənə güc verir. Səyahət etməkdən qorxmayın. Dünyanı gəzmək lazımdır. Bu, çox faydalıdır”.