Aristotelə
görə gülüş insanı canlılardan fərqləndirən yeganə cəhətdir.İnsan gülməyə
başlayanda insana çevrilir.Bu isə, həyata gəlişimizin qırxıncı günündə baş
verir.
Orta əsrlər Avropasında xristianlığa qədər müxtəlif retuallar, bayramlar qeyd edilərdi."Axmaqlar bayramı” adlanan xüsusi günlərdə insanlar bütün sıxıntı və ciddiliklərini bir kənara itələyərək şənlənərdilər.
Xristianlığın
Avropaya gəlişi müxtəlif qadağaları da özüylə birgə gətirmişdi.Abbat, rahib həyatı,
ciddi görkəm, boz həyat bütünlüklə cəmiyyətə sirayət etmişdi.Həddini aşanlar isə
inkvizisiyanın qurbanına çevrilirdilər.
Gülmək qadağandır!
Əlbəttə, qadağalar uzunmüddətli ola bilməzdi. Çünki 16-cı əsrin kilsə zəngləri əvvəlki qədər Avropa insanını qorxu altına almır, qadağa sədası kimi eşidilmirdi.Kilsələrin yetişdirdikləri ziyalılar zaman-zaman böyük qitənin xilaskarlarına çevrilirdilər.Əsas məqsəd yüzilliklərlə davam edən qadağa ənənələrini pozmaq, insanları qəflət yuxusundan ayıltmaq, cahilliyə, xurafata, avamlığa son qoymaq idi.Əlbəttə, yenilikçi ziyalıların çoxu inkvizisiya məngənəsində əzilirdi.Dahilərin tonqal üzərindən dumanlanan tüstüsü uzun müddət digərlərini inkişaf qapısının arxasında saxlayırdı.Amma, bəxtigətirənlər də var idi.
Məhz bu illərdə kilsə, boğulan kütlənin cansıxıcı mühitinə nəfəslik açır: "İldə bir dəfə gülüş bayramları qeyd oluna bilər. Biz axmaqlıq etdikdə belə öz simamızı itirməməyə çalışmalıyıq”, deyir.
Bəxti gətirən…
Bu şəxs haqqında yetərincə rəvayətlər mövcuddur.Hətta doğum tarixi və yeri belə mənbələrdə müxtəlif cür qeyd olunur.Viktor Hüqo dünyada on dörd əsl dahinin olduğunu söyləyərkən onu Şekspir ilə eyni sıraya gətirir.
Bu şəxsömründə
cəmi bir roman yazmış, adı müasir dövrümüzə qədər gəlib çatmış təbib, ədəbiyyatçı
və satirik – Fransua Rabledir.Qələmə aldığı yeganə romanın sədası dövründə
çox-çox uzaqlara yayılır.Oxunaqlılığına görə hətta Bibliyanı belə arxada
qoyur.Bəli, orta əsr Avropası indi "Qarqantua və Pantaqruel” havasında idi.
Məşhur rus filosofu Baxtin, Rableni karnaval təfəkkürlü insan adlandırırdı.Bu tip təffəkkürə malik insanlar indi də olduqca azdır. O dövr üçün Rable, əsl tapıntı idi. İncə, düşündürücü yumor istənilən rütbəyə malik insanın da dodağını qaçırmağı bacarırdı.Kralın özü belə onun əsərlərindən bəzi nümunələri oxuyaraq qəhqəhə çəkib gülmüşdü.Rable, yalnız əsər çərçivəsində belə görünmürdü.Satira, yumor, zarafat yazıçının, təbibin həyat tərzi idi.İstənilən hadisəyə ani cavab verən və istənilən situasiyada göstərdiyi hazırcavablıq əlbəttə, onu hamıdan fərqli edirdi.
Rable kilsə təhsili görmüş ziyalılardan biriydi.Kilsə təhsilinə ikrahla yanaşsa belə oradan qaçmamışdı. Əksinə, təlimardıcıllığını olduğu kimi yerinə yetirərəklatınvə yunan dillərinə bələd olmuş, kilsənin yetərincə məşhur məzunlarından birinə çevrilmişdi.
Əslində o,
rahib rütbəsinə yiyələnməklə ruhani ənənəsini davam etdirə də bilərdi.İndi kitablar
onun nəyinə lazımıydı?Dualarla tanışlıq kifayət idi. Dua et, ye, iç, yat. Səhər
yenə də - dua et, ye, iç, yat… Bu, sonsuzluğa qədər davam etməli idi.
Rable belə həyat
istəmir.Qorxu onupiylənmiş din xadiminə çevirmir. O, narahatdır. Gecələr gözünə
yuxu getmir.Axtarışdadır.Kitab, oxu axtarışındadır.Şam işığında Aristoteli -
yasaqlanmış alimin əsərlərini oxuyur.
O dövrdə
Aristoteli oxumaq? Əgər kitab onun evində aşkarlansaydı…Sonunun nədən ibarət
olmasıhamımıza bəllidir…Üstəgəl, dövrün böyük humanistlərinin başçısı Gilyom
Byüde ilə də gizli məktublaşır.Özü də qadağan olunmuş dildə - yunan dilində.
Rable od ilə oynayır.
Onun məktubları qardaşlıqlar tərəfindən ələ keçirilir.Təhlükə qaçılmazdır.Həbsə atılan yazıçının evində bütün kitablar müsadirə olunaraq yandırılır.Yazıçı üzərinə əlavə iftiralar atılır.
Bu zaman kraldan məktub gəlir – "Onu azad edin”.
Deyilənə görə Büde, Rablenin zindana atılma xəbərini
eşidən kimi kralın yanına gedir. O zamanlar onun kralla münasibəti yaxşı idi.
Rablenin əsərlərinin bəzi parçalarını krala təqdim edir.Kral qəhqəhə çəkib
gülür."Bu cür yumor hissinə malik insanı tonqalda yanırmaq günah olar” söyləyir.Budur,
Rable azaddır.Onun bu dəfə də bəxti gətirir.
Ölümdən xilas olan yazıçı sükuta çəkilmək əvəzinə Mompilyenin məşhur Universitetlərindən birinin tibb fakültəsinə daxil olmağı düşünür.Qəbul olur.
Deyilənə görə ilk dərs günündə müəllimin uzun-uzadı, yorucu mühazirəsi onu o qədər bezikdirmişdir ki, Rable mühazirə zamanı gah öskürür, gah da qaşınırdı. Ondan özünü necə hiss etdiyini soruşurlar. Yazıçı narahat olacaq bir şeyin olmadığını söyləyir.Disput davam edir.Sonra isə o, salonda əyləşən tələbələri və müəllimləri dəlilik həddinə çatdırana qədər öskürür, asqırır, qaşınır.Mühazirə deyən müəllim acıqlı şəkildə Rableni auditoriya önünə dəvət edir.
- Bəlkə deyiləcək sözünüz var?
- Yox, yox, davam edin.
Rabeleni
zorla auditoriya önünə gətirirlər.Deyilənə görə guya utancaqlıq nümayiş etdirən
Rable, sonra elə bir çıxış edir ki, müalicəvi bitkilər barəsində elə parodoksal
fikirlər söyləyir ki, publika deyilənlərə sadəcə məftun olur.Bu, sanki baş gicəlləndirici,
düşünməyə məcbur edən atraksion oyunu idi.Və yaxud karnaval təfəkkürünün yeni təzahür
forması idi.Baş verən hadisə 1530-cu ilin 16 sentyabrına təsadüf edirdi.Eyni
ilin növbəti ayında o, bakalavr rütbəsi alaraq mühazirə oxumaq hüququ qazanır.
Rable indi
başqa fikirlərlə məşğuldur.Teatr quruluşu, tamaşalar onu habahal edir.İndi onun
özü pyeslər yazaraq onları səhnələşdirir.Rable tamaşanın yeni formasını icad
edir. Bəli, bəli… Anatomik teatr – Rablenin kəşfi idi.
Nə idi anatomik teatr?
Vaxt var idi
ki, ölmüş insanı yarmaq nəinki yasaq idi, bunun haqqında düşünmək belə günahdan
günah sayılırdı.Kilsə tabularının azacıq dağıldığı bir zamanlarda Rable həyatının
növbəti cəsarətli addımını atır.Təşkil olunan anotomik tamaşalar şəhərlilərin
sevimli əyləncəsinə çevrilir. Salonun mərkəzinə ölümə məhkum edilmiş, edam
edilmiş insanların cəsədləri gətirilirdi. Meyid yarılaraq insanın anatomik
quruluşu zala toplaşanlara izah olunurdu.
Rablenin şöhrəti
universitet divarlarını aşmışdı.Bəli, o indi yetərincə populyar idi.Şəninə
şeirlər qoşulur, Fransanın işıqlı, zəkalı ziyalısı adlandırılırdı.Hətta rəvayətlər
dolaşırdı ki, Rable ölünü belə diriltməyə qadirdi.Şair Dale, edama məhkum
birisinin dilindən şeir qələmə alır.Rable şeirdə müxtəlif boyalarla əks
olunur.Şeirdə bəzi sətirlər ruhanilərin xoşuna gəlmədiyindən şairi tonqalda
yandırırlır.
Anatomik
tamaşalar iki növə ayrılmağa başlayır.Qadın cəsədlərinin yarılma günü salona
daha çox tamaşaçı toplaşır.Biletlərin qiymətləri belə günlərdə qat-qat baha
olurdu.
Rablenin xəbəri Romaya qədər yayılır.Papa yazıçını hüzurunda görmək istəyir.İndi Rablenin həyatının ikinci poaradoksal və yumaristik məqamı yetişir.Budur, sıraya düzülən yepiskoplar, admerallar ardıcıllıqla Papanın ayaqqabısından öpürlər.Rable gah ağarır, gah qızarır, nəhayət özündə cəsarət taparaq bu işi görməkdən imtina edir.O, Papanın niyə sualına belə cavan verir:
- Bilirsiniz, bu cür adlı-sanlı insanlar sizin ayaqqabınızdan öpdü. Bəs mənim kimi qul, məzlum insan görəsən sizin haranızdan öpməlidir?
Hamı gülməkdən
yerə yıxılır.Papanın əhvalı o qədər açılır ki, "Ürəyin nə istəyir məndən istə”,
söyləyir.
Rable nə istəyir?
Pulmu, inkvizisiya qaydalarının onun üzərindən götürülməsinimi, yoxsa rütbə?Rable, növbəti absurd fikrini söyləyir.
- Çox hörmətli Papa, məni lənətləyin.
Papanın çöhrəsinə qonmuş
bayaqkı təbəssümdən əsər-əlamət qalmır.
- Məni düzgün başa düşün. Mən Şinyon şəhərinin sakiniyəm, cənab Papa. Bilirsiniz, neçə-neçə doğmam, yaxınlarım, dostlarım tonqalda yanıb? Onlargünahları sübut edilmədən alova atıblar. Mən qorxmaqdan yorulmuşam. Özüm də dəfələrlə atəş əzabından azad olmuşam.Bu gün buraya gəlməmişdən öncə bir yoxsul qarının evində gecələdim. Olduqca soyuq idi. Evi isitmək üçün odun qalamaq lazım idi. Odunlar yaş olduğundan alışmırdılar. O zaman qarı dedi ki, elə bil onları Papa lənətləyib. İndi mən də düşünürəm ki, alovdan qurtulmağın yeganə çıxış yolu sizin lənətinizdir. Məni lənətləyin, lütfən.
Papanın gözləri bərələ qalır.Gözünü Rablenin gözündən çəkmir.Deyəsən o,zarafatında ifrata varmışdı.Sözlərini dedikdən sonra bir neçə dəqiqə Papa ilə göz-gözə baxırlar.Sonra Rable arxasına baxmadan qaçmağa başlayır.Qaravullar onu şəhər boyunca axtarırlar.Nəhayət onu tutaraq Papanın hüzuruna gətirirlər. Papa onu yandırmır, azad edir.Qəhrəmanımızın yenə də bəxti gətirdi.
Əslində Rable qorxunun üzərinə gedirdi.Qorxunu yaradanın üzünə qorxusunu demişdi. Ona qədər heç kim bunu etməmişdi. Bəlkə də bir başqası yalnız öz istəyini bildirərək öz həyatını xilas edə bilərdi.Rable isə çoxlarının həyatı haqqında düşünür. Bəlkə də Papa növbəti şəxsin inkvizisiya, edam qərarını imza atmazdan öncə hər dəfə bu zarafatı yadına salacaq? Daha belə qərarlara qol qoymayacaq? Hər şey ola bilər.
"Qaraqantua və Pantaqruel”in qəhrəmanları gerçək insanların şifrələnmiş obrazlarıdır.Bəli, əsər boyu yepiskop, kral, papa obrazlarının yumoristik və düşündürücü təzahürünü görürük.Onlar o dövrün ruhani, abbat və kralları kimidua edir, yeyir, içir və yatır…Karnavalvari həyat tərzi.
Əsər bədən məbədinin
təsviri idi.Piylənən cisimlər, yemək, içmək və yatmaqdan doymayan nəfsani istəklər.Daxildə
nə var idi?
Heç nə qalmayandan sonra, nə qalır?
Rable ömrünün
son günlərini yaşayır.Bəli, şair, həkim, rahib, səyyah və daha nələr-nələr,
qocalıb artıq. Saçları ağarıb, dişləri tökülüb…
Kardinal Şutelyedan məktub gəlir: "Əziz dostum necəsiniz, nə edirsiniz?
- "Heç, yaxşıyam, növbəti zarafatımı yazıram. Vəsiətnaməmi”
"Mən həyatımda borclardan başqa heç nə qazanmadım.Xahiş edirəm onları mənə bağışlayın.Yerdə nə qalarsa yoxsullara paylayın”, Rablenin sonuncu istəyi kimi vəsiətnamə vərəqinə yazılır.
Rable "Qaraqantua və Pantaqruel” əsərinin müqəddiməsində oxucusuna belə müraciət edir:
"Mənim dostlarım, siz bilirsinizmi Sokrat kimdir? Sokrat məşhur yunan alimi idi… O, görkəmcə gülünc və yöndəmsiz bir qoca imiş. Burnu küftəyə, gözləri öküz gözlərinə bənzəyərmiş.Nə cür oldu geyinər, həmişədə dişlərini ağardaraq hey gülərmiş.Sözün qısası – xalis zırrama imiş, zırramadan isə məlumdur ki, yaxşı bir şey gözləmək olmaz. O, zarafat edə-edə, gülə-gülə o zaman hələ heç kəsin ağlına gəlməyən fikirlər irəli sürərmiş…
Sizin
fikrinizcə nə üçün mən sizinlə bu qədər uzun söhbət açdım? Siz özünüz də
deyirsiniz ki, "adamı paltarla tanımazlar”. Mənim kitabımı da gülməli paltarı
kimi tanımayın…