Hakkaridə 39 terrorçu öldürüldü

Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda keçirilmiş antiterror əməliyyatları zamanı 39 terrorçu zərərsizləşdirilib.

sabahinfo.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, antiterror əməliyyatlarından birində 8 terrorçu məhv edilib. Çilekli Təpədəki mağaralardan birində isə daha 3 terrorçunun cəsədi tapılıb. Bununla yanaşı, Zengil Tepe və Gerki Tepe bölgələrində silah-sursat ələ keçirilib.

Əməliyyatlarda ümumilikdə xeyli sayda silah-sursatın, partlayıcı maddənin ələ keçirildiyi bildirilir.

Qeyd edək ki, havadan dəstək verilən əməliyyat hazırda davam edir.