Hərbçilərin olduğu avtobus partladıldı: 9 şəhid, onlarla yaralı - YENİLƏNİB

Hakim Ədalət və İnkişaf Partiyasının Kayseridən olan deputatı bildirib ki, qeyri-rəsmi məlumata görə, baş verən terror aktında 9 nəfər şəhid olub, 15-dən çox yaralı var. O da məlum olub ki, baş nazir Binəli Yıldırım və daxili işlər naziri hadisə yerinə gedir. 

 

**

10:40

Türkiyənin Kayseri şəhərində bir ictimai nəqliyyatda partlayış baş verib. Sabahinfo.az "Hüriyyət”ə istinadən xəbər verir ki, hadisə şəhərin Ərciyəz Universitetinin önündə baş verib. 

 

İlkin məlumata görə, partlayış nəticəsində bir neçə nəfər ölüb, xeyli sayda yaralı var. Polisdən bildirilib ki, hadisə terror aktına bənzəyir. Hərbçiləri aparan avtobusa yaxınlaşan bir maşın qəfildən partlayıb.