Dünən Hindistan ordusu Cammu və Kəşmir ştatlarında Keran sektorunda Pakistan ordusunun dörd hərbi postuna zərbə endirib.
APA-nın NDTV telekanalına istinadən verdiyi məlumata görə, Hindistan ordusundakı mənbə 20 Pakistan hərbçisinin öldürüldüyünü bildirib.
Telekanalın yaydığı xəbərdə Hindistan ordusunun Pakistan hərbçilərin atəşkəsi tez-tez pozmasına cavab olaraq bu addımın atıldığı bildirilir. Atəşkəsin pozulması nəticəsində Maçil sektorunda 1 Hindistan hərbçisi ölüb.