Müğənni İbrahim Tatlısəs "Tvitter" profilindən yayılan "seks" və "seks videoları" mesajları ilə bağlı açıqlama verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, mesajları dərhal silsə də, xəbər yayılıb. İfaçı bu gün profilinin oğurlandığını bildirib:
"Ötən həftə Tvitter hesabım hakerlər tərəfindən ələ keçirilmişdi, xəbərim də yox idi. Profilimi yenidən etibarlı hala gətirmişdik. Sənətçilərin başına tez-tez belə hadisələr gəldiyi üçün bunun üzərində qalmadıq, amma bu hal yenidən təkrarlandı. Haqqımda yazılan xəbərlərdən çox narahat oldum".