“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts pandemiya ilə əlaqəli olması haqqında gəzən şayiələrə münasibət bildirib.
“RİA Novosti” məlumat verir ki, milyonçu “Suddeutsche Zeitung” nəşrinə müsahibə verərkən bu haqda danışıb.
Qeyts bildirib ki, vaksinasiya barədə reallığa uyğun olmayan şayiələrin yayılması pendemiyanın uzanmasına səbəb ola bilər.
İş adamı rəhbərlik etdiyi xeyriyyə fondunun əvvəllər də inamsızlıqla qarşılaşdığını etiraf edib. O, Nigeriya və Pakistanda poliomelit əleyhinə peyvənd kampaniyasının qadınlarda sonsuzluğa səbəb olması haqda gəzən söz-söhbətləri xatırladıb.
Qeyts hesab edir ki, belə əsassız şayiələri yalnız cəmiyyətdə nüfuz sahibi olan şəxslər dağıda bilər.
Xatırladaq ki, Peru məhkəməsi Corc Soros, Bill Qeyts və Stiven Rokfellerin koronavirus pandemiyasında günahkar olmaları haqqında qərar qəbul edib.