Stokholmun şimalında yerləşən Yerfell şəhərciyində İsveçin ən böyük şiə məscidi olan İmam Əli məscidi yandırılıb.AzVision.az"RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
"Yanğın binadan kənarda başlayıb”, - deyə Stokholm polis idarəsinin rəsmisi Lars Bistrem yerli televiziyaya açıqlamasında bildirib.
Məsciddə, həmçinin 3 min kitab olub. Kitabların yanıb-yanmaması barədə məlumat verilmir.
"İlkin proqnozlara əsasən, binanın 50% faiz hissəsinə zərər dəyib. Hazırda məsələ ilə bağlı məlumatımız bu qədərdir”, - deyə məscidin rəsmisi Əki Zahiri söyləyib.
Onun sözlərinə görə məscidin binasının ümumi sahəsi təxminən 3500 kvadrat metrdir.