Binəqədidə Heydər Əliyevin doğum günü qeyd olunub

Mayın 6-da Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş iki hissədən ibarət tədbir keçirilib.

 

Sabahinfo.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputataları - Madər Musayev, Azay Quliyev, Kəmaləddin Qafarov, RİH başçısının müaviniləri İlqar Süleymanov, Vüsar İsmayılov, Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və aparatın şöbə müdirləri Ulu Öndərin Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət ediblər. Tədbir iştirakçıları abidə önünə əklil qoyaraq ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

 

İkinci hissədə “ZOOM” platformasında “Azərbaycan mənim ürəyimdir” adlı onlayn tədbir keçirilib.

 

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri İlqar Süleymanov, Vüsar İsmayılov, Sevinc Süleymanova, deputat Kamaləddin Qafarov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin tarix müəlliməsi, Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi rayon Gənclər və İdman  İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, orta ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, polikilinika rəhbərləri, mədəniyyət müəssisələrinin rəhbərləri və ictimai birliklərin rəhbərləri iştirak ediblər.

 

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ölkəmizdə hər il olduğu kimi böyük ehtiramla qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri əvəzolunmazdır.

 

İ.Süleymanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq əlavə etdi ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. “Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır.”  

 

Daha sonra çıxış edən digər natiqlər K.Qafarov, Şahlar Əsgərov,  Leyla Hüseynova və Ramiz Göyüşov Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından geniş məlumat veriblər. Həmçinin Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər gördüyündən bəhs edərək əlavə etdilər ki, “Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır və İlham Əliyev təkcə Prezident kimi deyil, həm də bir oğul kimi də öz üzərinə böyük məsuliyyət götürərək həm ata vəsiyyətini, həm də Prezident andını yerinə yetirdi.”

 

Tədbir sonda iştirakçıların birgə müzakirəsi ilə davam etdirilib.