İngiltərədə yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, daha 1-i xəsarət alıb.
sabahinfo.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə TASS agentliyi məlumat verib.
Məlumata əsasən, təyyarənin göyərtəsində 2 nəfər olub.
Təyyarə yerə düşəndən sonra güclü yanğın baş verib. Noric şəhəri yaxınlığında baş verən insidentin səbəbləri araşdırılır.