İran Avropa İttifaqına (Aİ) Tehranda ofis açmağa icazə verməyəcək.
sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın insan hüquqları üzrə qərargahının katibi Məhəmməd Cavad Laricani deyib.
Bu yaxınlarda Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Aİ-nin İrana münasibətdə strategiyası üzrə məruzənin bəyənilməsini şərh edən M.Laricani bildirib ki, belə ofis "korrupsiya evi" olacaq və İranın məhkəmə hakimiyyəti buna imkan verməyəcək.
Katib deyib ki, Aİ-nin qətnaməsində bir çox problemlər var. Avropa İttifaqının İrana diktə etmək hüququ yoxdur.
Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyi Aİ-nin rəsmi Tehranla münasibətlərin normallaşdırılması barədə qərarını alqışlamışdı.