İran neft hasilatını azaltmır

İran neft hasilatını məhdudlaşdırmaq niyyətində deyil.sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, qonşu ölkə hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir.

 

Əlcəzairdə keçirilən beynəlxalq enerji forumunda İranın neft naziri Bijan Namdar Zanqane bildirib ki, İran OPEK-in məşvərət görüşündə saziş imzalamağa can atmır: "İran neft hasilatını məhdudlaşdırmayacaq və hasilat həcmini sutkada 4 mln. barelədək artırmaq niyyətindədir”.

 

O qeyd edib ki, İran OPEK-də əvvəlki payını –  üzv ölkələrin hasil etdiyi neftin ümumi həcminin  13 faizini qaytarmalıdır: "Bunun üçün İran sutkada 4,4 mln. barel neft hasil etməlidir”

 

Bijan Namdar Zanqane neft hasilatının kvotalaşdırılmasında  əvvəlki sistemin – hər ölkə üçün müəyyən limitin təyin edilməsi  (hazırda  bütün təşkilat üçün ümumi hədd müəyyənləşdirilir -red.) sisteminin bərpa olunmasının vacibliyini qeyd edib. 

 

Qeyd edək ki, İran iyun-iyul aylarında sutkada 3,8 mln. barel neft hasil edib.