İran parlamentinə hücum edən terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliiyat başa çatıb.
Hücum edən 4 terrorçunun hamısı məhv edilib.
Məlumata görə, hazırda parlamentin binasında axtarış aparılır.
İran parlamentinin spikeri Əli Laricaninin də hadisə yerinə baxış keçirdiyi bildirilir.
Qeyd edək ki, İran parlamentinə terrorçular 7 nəfəri qətlə yetirib.