"Səudiyyə Ərəbistanı Tehrandakı terror hücumunda iştirak edib"AzVision.azxarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda bildirilib.
General Hüseyn Selami bildirib ki, İran terrorçulardan və onları dəstəkləyənlərdən intiqam alacaq.
Qeyd edək ki, bu gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.
Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.