İranın neft naziri Bijan Zanqane OPEK-in qeyri-rəsmi toplantısında neft hasilatı miqdarının azaldılması ilə bağlı razılığa gəlmək niyyətində olmadıqlarını deyib.
sabahinfo.Az bu barədə "Bloomberg”ə istinadən xəbər verir.
Nazir "Bloomberg Television”a çərşənbə günü verdiyi müsahibəsində İranın sutkalıq neft hasilatını 4 milyon barelə çıxarmağı hədəflədiyini bildirib.
Sutkalıq 3,6 milyon barel neft hasil edən OPEK-in üçüncü ən böyük neft istehsalçısı noyabrda Vyanada həyata keçiriləcək rəsmi toplantıda hasilat ilə bağlı rəsmi bir razılığa gələ biləcəklərini qeyd edib.
"Bu ikigünlük prosesdə razılığa gəlmək planlarımızda yoxdur. Biz, Beynəlxalq Enerji Formu (İEF) üçün burdayıq. Daha artığı deyil”, - deyə nazir bəyan edib.