İraqda hərbi konvoya hücum olub, 70 əsgər ölüb

İraqın Mosul şəhəri yaxınlığında terrorçu-kamikadze hərbi konvoya hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Bilavet kəndinin ərazisində baş verib.
 
Məlumata görə, terrorçu-kamikadze  zirehli avtomobillər yoldan keçərkən özünü partladıb. İnsident nəticəsində 70-ə yaxın İraq ordusunun hərbçisi həlak olub. Hücumun İŞİD tərəfindən təşkil olunduğu bildirilir.
 
Xatıraladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.