İraqın Tikrit şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 40 yaralı var.
sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Məlumata əsasən, terrorçu-kamikadze bomba yüklü avtomobili səhər saatlarında şəhərin cənub girişində, hərəkətin pik nöqtəsində olduğu vaxt partladıb.
Tikritdə komendant saatı elan edilib, yeni terror aktlarının mümkünlüyü ilə bağlı əhaliyə xəbərdarlıq edilib.