İraqda canlı bomba özünü partladıb.
sabahinfo.az "Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, paytaxt Bağdadın şərqində şiələrin çox olduğu Bağdad-əl-Cədid bölgəsindəki bazara gələn terrorist, üzərindəki bombanı partladıb. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Terrora görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.