İraqın Bəsrə şəhərində bir qrup iraqlı Türkiyə bayrağını cırıb.
sabahinfo.az xəbər verir ki, buna səbəb Türkiyə parlamentinin ölkə xaricində hərbi əməliyyatlar aparılması ilə bağlı qanun layihəsini təsdiq etməsi olub. Layihənin təsdiq edilməsindən sonra iraqlılar türk hərbçilərinin Başikadakı fəaliyyətinə etiraz əlaməti olaraq Türkiyə bayrağını cırıb.
Qeyd edək ki, İraq Türkiyə ordusunun Başikada yerləşməsinə etiraz edərək, ordunun tez bir zamanda geri çəkilməsini istəyib. Lakin Ankara Bağdadın bu istəyini rədd edib.