İŞİD Bağdadda baş vermiş dəhşətli partlayışa görə məsuliyyəti üzərinə götürüb.
APA-nın "Al Jazeera”ya istinadən verdiyi məlumata görə, İraq paytaxtında minalanmış avtomobilin partlaması nəticəsində 39 nəfər ölüb, 57 nəfər yaralanıb.
Polisin məlumatına görə, avtomobilin içərisində quraşdırılan partlayıcı qurğu insanların sıx toplaşdığı meyvə-tərəvəz bazarı və polis məntəqəsinin yaxınlığında partladılıb.