İŞİD-dən növbəti dəhşət: - 284 nəfər güllələndi

İraqın Mosul şəhəri ətrafında İŞİD terror qruplaşmasının silahlıları 284 nəfəri edam edib.

 

APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı İraq təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat verib.

 

Məlumata əsasən, öldürülənlərin əksəriyyəti kişilərdir. Edam edilənlər arasında uşaqlar da olub. Silahlılar insanları  güllələyərək qətlə yetirib, meyitləri buldozerlə  ümumi məzara atıblar.

 

CNN-in vurğulayıb ki, məlumat hələ ki  rəsmi təsdiqini tapmayıb.

 

Qeyd edək ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb.