İŞİD İraqdakı bütün neft quyularına nəzarəti itirib

İŞİD terrorçu qruplaşması İraqda nəzarətdə saxladığı son neft quyularını da itirib.
 
sabahinfo.Az AzərTac-a istinadən xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, İŞİD-in Kərkük yaxınlığındakı bölgələrdən kənarlaşdırılmasından sonra ölkədəki bütün neft quyuları terrorçu qruplaşmanın nəzarətindən çıxıb.
 
İŞİD-in İraqdakı neft gəlirlərini itirməsi ilə başqa maliyyə mənbələri tapmaq məcburiyyətində qalacağı bildirilir.