Bişkekdə "Divanü lüğət-it-türk": türk dünyasının ortaq irsi" mövzusunda beynəlxalq elmi simpozium keçirilib

AZƏRTAC-a istinadən xəbər veririk ki, Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsəri ətrafında elmi tədqiqatların müzakirəsinə həsr olunmuş,  24 iyundan etibarən Qırğızıstanda başlayan simpozium 28 iyun tarixində Azərbaycanda davam edəcək.
Plenar iclaslarda Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkiyədən qatılan iştirakçılar Mahmud Kaşğarinin tərcümeyi-halı, “Divanü lügat-it-türk”ün tərtibinin məqsədləri, əsərin dili və üslubu, ədəbi materiallar, bu əsərdə yer alan tarixi və etnoqrafik məlumatlar kimi elmi məsələləri müzakirə ediblər.
Aparılan elmi-analitik təhlillərdə “Divanü lügat-it-türk”ün tərcümə və tədqiqinə, onun türk dilləri tarixinin, müasir dialektlərin, ədəbiyyatın, etnoqrafiyanın, müqayisəli dilçiliyin və leksikoqrafiyanın öyrənilməsi üçün əhəmiyyətinə xüsusi diqqət yetirilib.
Beynəlxalq elmi simpoziumun açılışında Türk Akademiyasının prezidenti Şahin Mustafayev Mahmud Kaşğarinin “Divani- lügat-it-türk” əsərinin əhəmiyyətini qeyd edərək, türk xalqlarının və tayfalarının ictimai quruluşunu, coğrafiyasını, həyat tərzini, inanclarını, mifologiyasını və xalq ədəbiyyatını əhatə edən, XI əsrdə yazılmış əsərin türk xalqlarının ensiklopediyası olduğunu vurğulayıb.
Qeyd edək ki, elmi simpozium iştirakçılara fikir mübadiləsi və Mahmud Kaşğari irsinin dərin müzakirəsi üçün platforma təqdim edərək, interaktiv müzakirələr və təqdimatlar formatında keçirilib.
Azərbaycandan dəvət olunan heyətin nümayəndələrindən olan, Mahmud Kaşğari irsinin tədqiqatçısı, AMEA -nın Nəsimi adına Dilçilik İnstitunun direktoru Nadir Məmmədli bu tədbirin məhz Bişkekdə baş tutduğunu, bu şəhərin doğmalığını xüsusi xüsusi vurğulayaraq qonaqları 28 iyunda Bakıda salamlamaq şərəfinə nail olacağından məmnunluğunu dilə gətirib. Daha sonra “Mahmud Kaşğari adına Beynəlxalq Fond”un Prezidenti, Azərbaycan Milli Məclisinin deputatı  Cavanşir Feyziyev və Mədəniyyət Naziri Adil Kərimli çıxış etmişlər.  “Divanü lüğət-it-türk” əsərinin türk dövlətləri və xalqları arasında inteqrasiyanın elmi-mədəni əsaslarının təmin edilməsi kontekstində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Cavanşir Feyziyev bu toplantının türk dövlətləri arasında elm və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından yüksək əhəmiyyətini qeyd edib. Millət vəkilinin simpozium iştirakçıları tərəfindən maraqla dinlənən məruzəsini oxuculara təqdim edirik:


* Dr
.  CAVANŞİR  FEYZİYEV 
Azərbaycan Respublikası Milli Məclisin deputatı
Mahmud Kaşğarinin “Divani -lüğət-it-türk” əsəri  şəhid alim Xalid Səid Xocayevin tərcümə və tədqiqatında

Türkçülük ideyası beş ortaq abidəmizdə - Orxon yazılarında, “Kitabi-Dədə Qorqud”da, “Divani-lüğət-it-türk”də, Yusif Balasaqunlunun “Kutadqu bilik” poemasında, Xoca Əhməd Yəsəvinin hikmətlərində öz ifadəsini tapmışdır. Amma türkçülük ideyası və Türklük təssübü ən ardıcıl şəkildə, konkret linqvistik, etnoqrafik, tarixi və folklor materiallarına əsaslanaraq Mahmud Kaşğarinin ölməz kitabında öz bədii ifadəsini əks etdirməkdədir. Bu mənada, ümumislam   dünyasının   ən   müqəddəs,   ən   kutsal   və səmavi   kitabı “Qurani-Kərim”,   ümumtürk   dünyasının yazılı ədəbiyyatının ən dəyərli, ən əzəmətli və ən əhatəli bilgi kitabı “Divanü lüğat-it-türk” hesab olunur. “Divanü lüğat- it-türk” Mahmud Kaşğariyə qədərki və Kaşğari dövrünün türk xalqlarının milli kimliyi və milli pasportudur.
XI əsrdə Mahmud Kaşğarinin ərəb dilində yazdığı «Divanü lüğat-it-türk» («Türk dillərinin  qamusu»)   türk dilini,   türk  mədəniyyətini,   türk  folklorunu,  türk   adət-ənənələrini,  türk etnoqrafiyasını,   türkün   milli-mənəvi   dəyərlərini,   coğrafiyasını,   tarixini,   iqtisadiyyatını, psixologiyasını, sosial münasibətlərini və nəhayət, türkün milli kimliyini ərəblər arasında yaymağa və türkü tanıtmağa xidmət edirdi. “Divan” ərəblərin türk dilini öyrənməsi arzusu ilə yazıldığına görə, burada şərh və izahlar ərəbcə, söz, ifadə və bədii örnəklər isə türk dilindədir. Türkcə kəlmələr də ərəb lüğətçiliyi ənənələri əsasında düzülmüş, tərtib edilmişdir. Bununla belə “Divan” adi bir lüğət kitabı deyil. Bu sözlük XI   yüzilliyə   qədər  keçib  gələn   türk   dili, ədəbiyyatı,  tarixi,   coğrafıyası  və s.   elmlərinin ensiklopediyasıdır. Məhz bunun   üçündür   ki,   M.Kaşğari  “türkologiyanın banisi” sayılmış,   onun tarixi xidməti yüksək qiymətləndirilmişdir.
Türkologiya tarixində bu möhtəşəm ensiklopedik əsərin ərəb dilində latın qrafikası ilə ilk tərcüməsi əqidəsi və məfkurəsi türkçülük olan şəhid alim Xalid Səid Xocayevə məxsusdur. 
 Mahmud Kaşğari (1029-1126)  türk   dillərinin  ilk   sözlüyü  sayılan    “Divanü lüğat-it- türk”  əsərini   1077-ci  ildə   yazıb bitirmişdir. Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verir. M. Kaşğarinin türklərin qarşısında ən böyük xidməti odur ki, onların varlığını təxminən min il əvvəl mövcud olan türk  icmalarının   nümunələri  fonunda   nümayiş  etdirir.   M.Kaşğari  lüğəti   ərəb  dili   qrammatikası üslubunda hazırlasa da, məqsədi müsəlmanlara, əsasən də ərəblərə türk dilini öyrətmək olmuşdur.
 “Divanü   lüğət-it-türk”  (“Türk   dillərinin  divanı”)   əsəri  türk   millətinin   şanlı,   şərəfli   bir abidəsidir. Ərəblərin türk dilini öyrənməsi məqsədilə yazılmış bu əsər türk dili və ədəbiyyatının ilk ana qaynağı və özülüdür. “Divan” Qaraxanlılar mühitində dövlət və idarə dili sayılan türk dilini öyrənmək zərurəti və ehtiyacından yaranmışdır. M.Kaşğariyə görə,  tanrı   türkləri   üstün yaratmış, xaqanları   onlardan   çıxarmış,  onları yer üzünə  hakim  etmiş,   özlərinə  də gözəllik,   igidlik   dəyərləri   vermişdir.  Türklərlə  yanaşı   çalışan, türkləri sevib uca tutanı Allah öz istəyinə, diləyinə qovuşdurur. XI əsrdə Mahmud Kaşğarinin ərəb dilində yazdığı «Divanü lüğat-it-türk» («Türk dillərinin qamusu») türk dilini,  türk   mədəniyyətini,   türk   folklorunu,   türk   adət -ənənələrini,   türk etnoqrafiyasını,   türkün   milli-mənəvi   dəyərlərini,   coğrafiyasını,   tarixini,   iqtisadiyyatını, psixologiyasını, sosial münasibətlərini və nəhayət, türkün milli kimliyini ərəblər arasında yaymağa və türkü tanıtmağa xidmət edirdi. “Divan” ərəblərin türk dilini öyrənməsi arzusu ilə yazıldığına görə, burada şərh və izahlar ərəbcə, söz, ifadə və bədii örnəklər isə türk dilindədir. Türkcə kəlmələr də ərəb lüğətçiliyi ənənələri əsasında düzülmüş, tərtib edilmişdir. Bununla belə “Divan” adi bir lüğət kitabı deyil.
Bu sözlük XI yüzilliyə   qədər   keçib   gələn   türk   dili,   ədəbiyyatı,   tarixi,   coğrafıyası   və   s.   elmlərinin ensiklopediyasıdır. Məhz bunun   üçündür   ki,   M.Kaşğari  “türkologiyanın banisi” sayılmış, onun tarixi xidməti yüksək qiymətləndirilmişdir. M.Kaşğari “Türk dilinin nəhvi” adlı ayrı bir əsər də yazmış, amma çox təəssüf ki, bu əsər əldə yoxdur. Hər iki əsər təsdiq edir ki, M.Kaşğari eyni zamanda, türk dili  qrammatikasının ilk müəllifıdir, ilk dialektoloq   və xalq ədəbiyyatı nümunələrini   yazıya  alan ilk folklorçu  olmuşdur. “Divan”dan türk boyları, türk adət-ənənəsi, türk dastan və əfsanələri, ilkin türk şeir inciləri, atalar sözləri  və   məsəllər  barəsində   zəngin  məlumat   alırıq.  “Türk   dilini   öyrənin,  çünki   onların  uzun sürəcək səltənətləri olacaqdır, mənim bir ordum vardır, ona türk adı verdim”,—deyən Məhəmməd peyğəmbərin bu mənalı kəlamları M.Kaşğariyə öz sözlüyünü yaratmaqda ilham vermişdir: «Allah türkləri Yer üzünün ən yüksək   yerində   havası   təmiz ölkələrdə oturtmuşdur. Onlara “öz ordum”   demişdir.  Bundan  başqa   türklərdə  gözəllik,   ərdəm,  böyüklərə  sayğı,   sözündə  durma, sadəlik, öyünmək, qəhrəmanlıq, mərdlik kimi öyünməyə layiq dəyərlər, saysız gözəlliklər vardır”. M.Kaşğari türkün və onun dilinin gələcəyinə inanırdı. Bu dilin ərəb dili  ilə yarışa biləcək dərəcədə zəngin və gözəl olduğunu inamla bəyan edirdi. “Divan”da 7500-dən artıq sözün izah və şərhini verən müəllif belə yazırdı: “Həmən bütün türk boylarının dillərini, qafiyələrini əldə etdim, yalnız  unudulmuş   kəlmələri bu kitaba   aldım.  Türk dilinə  sonradan   girmiş sözləri yazmadım”. Yabançı sözləri yox, ancaq təmiz  türk sözlərini lüğətə daxil edən M.Kaşğari  doğru bir elmi yol tutmuşdur. Bununla belə o, kəlmələri sözdə işlənən hərflərin sayına görə bölürdü, üç, dörd və beş hərfli sözləri ayrıca başlıqlar altında vermişdir. “Divan”dan  görünür   ki,   XI   yüzillikdə   türk   dillərində   on   mindən   artıq   söz  işlənimşdi... Əlbəttə ki, bu sözlər   alınma  deyil, türk dilinin özünə məxsus   sözlərdir.  Böyük bir imperiyanın dövlət dili olan  türk  dilində alınma sözlər də  yox  deyildi. Müəllifin belə sözlərə  üz  tutmaması “Divan”ın ərəblərin türk dilini, məhz türkün ana sözlərini öyrənmək arzusu ilə yazıldığından irəli gəlirdi. “Divan” iki bölmədən ibarətdir: giriş və sözlük bölmələri. Girişdə sözlüyün yazılması səbəbi, müəllifin iş üsulu və topladığı örnəklər barəsində bəhs açılır. Habelə türk boyları, onların dilində olan sözlərin qurulması və düzülüşü haqqında məlumat verilir. M. Kaşğarinin “Divan”ı ədəbi -tarixi baxımdan da əvəzsiz bir abidədir. “Divani   lüğat-it-türk”ün   Azərbaycan  nəşrinə  yazdığı   ön   sözdə   kitabın   tərcüməçisi   və tərtibçisi  mərhum professor Ramiz   Əsgər   qeyd   edir   ki,   Mahmud   Kaşğari   Qərbi   Avropa  maarifçiləri ensiklopedistlərini - Russonu, Didronu, Volteri, Monteskyönü 7 əsr qabaqlamışdır. “Divanın digər ən mühüm özəlliyi dünya dilçiliyi  tarixində müqayisəli metodun əsasını qoyması, türk  dillərinin müqayisəli qrammatikasını yaratması və zəngin türk dilini köklü ərəb dili ilə qarşılaşdırmaq surətilə bu iki dilin müqayisəsini aparmasıdır. Dillərin müqayisəsi sahəsində Mahmud Kaşğari öz böyük xələfi   “Mühakimət   ül-lüğəteyn”   əsərində   türk   dilinin   fars   dili   ilə   müqayisəsini   verən   dahi mütəfəkkir və şair Əlişir Nəvaini 4 əsr, F.Ğrap, Ü.Qrim, V.Humbolt, R.Rask kimi məşhur dilçiləri isə   təqribən   8   əsr   qabaqlamışdır”. 
Bu məqamı “Divan”ın Azərbaycan nəşrinə Ön söz yazmış Süleyman Dəmirəl də vurğulayır: “Türkologiyanın bahadırı Mahmud Kaşğari yalnız türk dilçiliyinin deyil, bütövlükdə dünyada tarixi-müqayidəli metodun, elmi dilçiliyin banisidir.”
Kononov,  Malov,   Kraçkov,   Juze   və   başqaları   lüğətin tərcüməçiləri deyil, tədqiqatçıları olmuşdur. Türkologiya tarixində bu möhtəşəm ensiklopedik əsərin ərəb dilində latın qrafikası ilə ilk tərcüməsi məhz Xalid Səid Xocayevə məxsusdur. Xalid Səidin əqidəsi və məfkurəsi türkçülük idi. Belə güman edilir ki, Xalid Səid həbs olunan gecə NKVD əməkdaşları tərəfindən “Divanü lüğat-it-türk”ün tərcüməsinin bir nüsxəsi müsadirə edilərək götürülmüş və alimin bir çox əsərləri kimi, “Divan” da məhv edilmişdir. Xoşbəxtlikdən “Divanü lüğat-it-türk” əsərinin tərcüməsi Dilçilik İnstitutunun   arxivində   qorunub  saxlanılmışdır.   2021-ci  ildə  Dilçilik   İnstitutuna  direktoru professor Nadir Məmmədli akademik İsa Həbibbəylinin təşəbbüsü ilə kitabın axtarışına çıxır və bu axtarış uğurla nəticələnir. Düz 86 ildən sonra kəmtaleli kitabın bəxti açıldı,  “şəhid bir alimin sahibsiz qalmış elmi mirası”nın tapılma tarixi məhz o gündən− 19 yanvar 2022-ci ildən başladı.
 “Divan”ın türk dilinə tərcüməsi XX əsrin birinci rübünün əvvəllərinə təsadüf edir. «Divanü lüğat-it-türk”ün  Sovetlər dönəmində, xüsusilə  də stalinizm dövründə  tərcüməsinə icazə verilsə  də,  nəşrinə   icazə  verilməmişdir.   Belə ki,  1935-37-ci   illərdə  SSRİ-də  “Divan”ı   ilk  dəfə, Azərbaycan dilinə tərcümə edən
Xalıd Səid Xocayev həbs edilərək güllələndiyinə görə tərcümənın nəşri dayandırıldı.  Araşdırmalar göstərir ki, Xalid Səid «Divanü lüğat-it-türk”ün nəinki ilk tərcüməçisi, hətta ilk tədqiqatçılarından biri olmuşdur. Onun 1936-cı ildə rus dilində yazdığı “«Ходжаев Халид Саид. Дивани  лугати тюрк Махмуда Кашгарского” adlı məqalə Azərbaycanda divana həsr olunmuş ilk elmi məqalələrdən idi . Sovet  totalitar  idarə   sistemində   türk   xalqlarının milli kimliyini, milli qüdrət və əzəmətini ifadə edən belə bir ensiklopediyanın nəşr edilməməsi bir çox amillərlə bağlı idi.
Birincisi, bu kitab türk xalqının genetik kodunu, şəcərəsini, tarixi inkişaf mərhələlərini və milli kimliyini  özündə   ehtiva  edir.  Qəhrəmanlıq   və cəngavərliklərlə  dolu   olan  türk  xalqlarının milli kimliyinin SSRİ xalqlarına çatdırılması, onların qüdrət və əzəmətinin böyüklüyünün görünməsi arzuolunan   deyildi.   Böyük   tarixi   keçmişi   olan   türklərin   klassik ədəbi-mədəni irsinə nihilis münasibət  Sovet  imperiyasının xislətindən doğurdu.  Çünki   «Divan»da   türkün  geniş   masştabda bütün tərəfləri ilə görünən və böyük əraziləri əhatə edən coğrafiyası, türk xalqlarının yaşam tərzi, onların   müstəqil   idarəçilik  qabiliyyətləri,   hərb  sənətinə  dərindən   yiyələnmələri  və   dövlətçilik ənənələri öz əksini tapmışdı. Bütün bunların geniş oxucu kütlələrinin istifadəsinə verilməsi Sovet imperiyasının maraqlarına tamamilə zidd idi.
İkincisi,  Mahmud   Kaşğarinin   “Divan”ında  verilmiş  dünya  xəritəsi  ilk   türk  xəritəsi hesab olunur. Mahmud  Kaşğarinin “Divanda”da təqdim etdiyi dünya xəritəsində Xorasan, Kirman, Dərbənd, Azərbaycan öz əksini tapsa da, həmin bölgədə Ermənistan yoxdur. Həmin xəritədə səhralar, hətta vəhşi heyvanların yaşadığı  bölgələr göstərilib, lakin nə səhrada, nə vəhşi heyvanlar, nə də insanlar arasında ermənilər yoxdur. M.Kaşğarinin təqdim etdiyi dünya xəritəsində Rusiya böyük güc və qüdrət sahibi olmadığı kimi, belə geniş ərazilərə də malik deyil, adi dövlətlərdən biridir. Buradan və mövcud olan digər ən qədim xəritələrdən çıxış edərək cəsarətlə deyə bilərik ki, bu coğrafi ərazilərdə  Ermənistan nəinki Qafqazda, ümumiyyətlə, dünya xəritəsində  yoxdur.  XI  əsrin ədəbi   abidəsi  olan  belə  bir   əsər   türklərin  ermənilərdən  fərqli   olaraq, bu   ərazilərdə aborigen olduğunu faktlı və predmetli şəkildə ifadə edirdi. Eyni hal «Kitabi-Dədə Qorqud»un coğrafiyasında da  müşahidə   olunur.   Nəzərə  alsaq  ki,  bu  abidələrdəki coğrafi  ərazilər   göstərilərkən  erməni  və Azərbaycan  münaqişəsi yox idi,  onda həmin sənədlərin  obyektivliyinə  şübhə yeri qalmır.  Bu, o deməkdir   ki,   ermənilər   indi  yaşadıqları  ərazilərə   çox-çox   sonralar   -   XIX   əsrdən   tədricən köçürülmüşlər. «Divan»ın nəşrinə mane olan amillərdən biri də bu idi. Üçüncüsü,  bu   kitab  hər   şeydən  öncə türklərin  zəngin   və qədim tarixə,   eləcə  də misilsiz mədəniyyətə malik olduqlarına şahidlik edirdi.  Sovet  imperiyası isə onun əyalətlərinin, xüsusilə də türklərin ruslardan daha qədim tarixə və mədəniyyətə malik olduğuna qısqanclıqla yanaşır və buna olan imperiya xislətini gizlətmirdi. Daha doğrusu, türkü-türkə və türkü dünyaya tanıdan belə bir qədim və möhtəşəm   kitabın  müxtəlif  dillərə   tərcümə olunaraq işıq üzünə çıxması imperiyanın müstəmləkəçilik maraqlarına uyğun deyildi. Bu   tərcümələrin nəşrinə icazə vermək türkün özünütanımasına, türkün özünüdərkinə şərait yaratmaq idi . Xalid Səidin tərcümə  etdiyi “Divanü lüğat-it-türk”  əsəri sovet ideologiyasının  tələblərinə cavab  vermədiyindən onun   nəşrinə   düşünülmüş   surətdə   şərait   yaradılmamışdır.   Daha   doğrusu, bolşevizm ideoloqları təkmilləşdirmə adı ilə onun elmi-ədəbi ictimaiyyətə çatdırılmasının qarşısını almışlar. Bunun əsas səbəblərindən biri də belə bir ədəbi abidənin qədimliyi ilə bağlı idi. Müəyyən qüvvələr,   xüsusilə   də   ruslar   və   ermənilər   türkün   zəngin   və   qədim   mədəniyyət   abidələrinə qısqanclıqla  yanaşır  və   onların  geniş  yayılmasına   (ən  azı  SSRİ   məkanında)    hər vəchlə   mane olurdular. “Divanü   lüğat-it-türk» əsəri   böyük  türkoloq  alim  Xalid  Səid   Xocayevin tərcümə yaradıcılığının zirvəsidir. Bu zirvədən baxanda alimin ərəb dilinin incəliklərinə necə dərindən bələd olduğunun şahidi olursan. Xalid Səid bir alim kimi Birinci Türkoloji Qurultayın (Bakı, 1926) keçirilməsində olduqca maraqlı idi. Burada ali məqsəd, yalnız yeni əlifbaya keçidlə məhdudlaşmırdı. Ən böyük amallardan biri də   türkdilli   xalqların   kimliyini   ortaya   qoymaq,   onları   biri-   birinə   tanıtmaq,  onların vahid əlifbasını   və   ortaq   dilini   yaratmaq   idi.  
Qurultayda   qaldırılan   problemlər   türkü   özünüdərk müstəvisinə gətirdi, lakin Sovet imperiyası türkün özünütəsdiqinə imkan vermədi.  Xalid Səid Xocayev böyük bir elmi-nəzəri, ədəbi-mədəni irs qoymuşdur. Bu irsin böyük əksəriyyəti məhv edilsə də, günümüzə qədər gəlib çıxanlar da vardır. Bu əsərlərin adlarından da görünür ki, onlar türkün tarixi və taleyi üçün olduqca gərəkli əsərlərdir. Bu gün əlimizdə olan “Osmanlı, özbək, kazak dillərinin müqayisəli  sərfi” (1926), “Yeni əlifba yollarında əski xatirə və duyğularım” (1929), Abdulla Tağızadə ilə birgə yazdığı “Müxtəsər  üslubiyyat” (1933) kitabları bu gün də elmi aktuallığını qoruyan,  etibarlı mənbələrdir. Düşüncəmizi yad təsirlərdən qorumağın yeganə yolu milli kimliyin formalaşması və onun tanıdılmasıdır. Bu  səbəbdən  də   milli  kimliyimizin  formalaşmasında   müstəsna  xidmətləri  olan türkoloqların həyatının və yaradıcılıqlarının öyrənilməsi və tədqiqinə böyük ehtiyac vardır.