İsveçin Höteborq universitetinin alimləri belə qənaətə gəliblər ki, uzun ömür yaşamaq üçün bir neçə şərt olduqca vacibdir.    
   Alimlərin fikrincə insanlar qamətlərini düzgün saxlamalı, siqaret çəkməməli və 50 yaşadək mənzil sahibi olmalıdırlar.    
   Tədqiqatçıların
 keçirdiyi 55 illik irimiqyaslı axtarışlarda 1913-cü il təvəllüdlü 855 
nəfər İsveç vətəndaşı iştirak edib. Alimlər 55 il ərzində bu insanların 
yaşayış tərzi və səhhətləri ilə bağlı müşahidələr aparıblar.    
   Doktor
 Lars Vilqelmsen iştirakçilardan yalniz 10-unun 100 il yaşaya bildiyini 
söyləyib . Alim bu insanların həyat tərzində oxşarlıqların olduğunu qeyd
 edib. Onlardan heç biri siqaret çəkməyib, düzgün qamətə malik olublar 
və ən əsası şəxsi evləri var. Bu uzunömürlü insanlar idmanla mütəmadi məşğul olublar.   
   Ömürlərinin
 55 ilini tədqiqata həsr etmiş alimlər bir faktı qeyd ediblər ki, 80 il 
yaşayan insanların 42 faizi ürək xəstəliyindən, 20 faizi 
infeksiyalardan, 6 faizi isə ağ ciyər iltihabından (pnevmoniya) 
ölüblər. Ümumilikdə bu insanların 27 faizi 80 il, 12 faizi isə 90 il yaşaya biliblər.   
   Publika