Stokholmda Nobel həftəsi başlayır.
Bu gün mərasimdə dünyanın ən nüfuzlu mükafatının fiziologiya və tibb üzrə laureatları müəyyən ediləcək.
"Thomson Reuters” Agentliyi mükafata əsas namizəd kimi imun cavabı mexanizmini anlaya bilən ABŞ-dan Ceyms Ellison, Ceffri Blyustounu və Kreyq Tompsonu görür.
Mükafatı hüceyrə ölümünün təbiətini müəyyənləşdirən ABŞ-dan Qordon Frimen, Arlin Şarp və Yaponiyadan olan Tasuku Hondzenin də alma şansı böyükdür.
Nobel komitəsinin fizika üzrə qərarı oktyabrın 4-də, kimya üzrə oktyabrın 5-də, ədəbiyyat üzrə isə oktyabrın 13-də məlum olacaq.
Sülh mükafatı oktyabrın 7-də Osloda təqdim ediləcək, İsveçin dövlət bankı iqtisadiyyat üzrə mükafatın təqdimatını oktyabrın 10-da elan edəcək.