"Bizim əlaqələrimiz türk dünyasının birliyi və gələcək rifahı üçün strateji yol xəritəsidir" - DEPUTAT

"Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası münasibətlər hörmət, qarşılıqlı etimad və bərabərlik prinsipləri əsasında uğurla inkişaf edir. Keçən müddət ərzində rəsmi Bakı və Astana siyasi, iqtisadi, hərbi, elmi, humanitar və digər aparıcı sahələri əhatə edən geniş əməkdaşlıq portfeli formalaşdırmağı bacarmışdır. Hər iki ölkə lideri tərəfindən mütəmadi təşkil olunan görüşlər, imzalanan sənədlər və yüksək səviyyəli dialoq tərəfdaşlığımızın sarsılmaz olduğunun göstəricisidir. Eyni zamanda, cənab Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Asim-Jomart Tokayev arasındakı səmimi münasibət iki qardaş ölkənin strateji yaxınlaşmasını şərtləndirir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, cənab Prezident İlham Əliyevin Qazaxıstanın "Kazimform" agentliyinə verdiyi müsahibə və səsləndirdiyi fikirlər münasibətlərimizin inkişaf perspektivləri haqqında aydın fikir formalaşdırır:

"Ölkə rəhbərinin qeyd etdiyi kimi, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurulub.
Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu il Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin bağlanmasından 20 il ötür. Eyni zamanda Qazaxıstan Prezidentinin keçən il ölkəmizə rəsmi səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şura iki ölkə arasında münasibətləri daha da inkişaf etdirir. Bununla yanaşı ölkələrimiz regional və beynəlxalq əhəmiyyətli platformalarda, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Türk Dövlətləri Təşkilatı kimi sıx əməkdaşlıq edirlər.
Bununla yanaşı, Azərbaycan və Qazaxıstan iqtisadi sahədə bir-birini tamamlayan iki mühüm tərdaşdır. Tərəflər enerji, nəqliyyat-logistika, və digər ticari istiqamətlər üzrə müsbət iqtisadi mühit yaradıblar. Bakı-Aktau istiqamətində formalaşan nəqliyyat-logistika maşurtları həm iki ölkənin, həmdə regionun potensialını artırır. Transxəzər Marşurutu bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bakı və Astana mövcud layihələr çərçivəsində Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayır. Nəticə etibarilə, Azərbaycan və Qazaxıstan arasındakı qardaşlıq münasibətləri Prezident İlham Əliyev və Prezident Kasım - Jomart Tokayevin uzaqgörən siyasətləri nəticəsində gələcəyə doğru inamla irəliləyir. Bizim əlaqələrimiz türk dünyasının birliyi və gələcək rifahı üçün strateji yol xəritəsidir".