İzmirin Bornova mahalında parça istehsal edən fabrikdə məlum olmayan səbəblərdən yanğın başlayıb.
sabahinfo.Az gazetevatan-a istinadən xəbər verir ki, plastik və digər yanıcı maddələrin alovlanmasıyla böyüyən yanğının söndürülməsinə İzmir Böyükşəhər bələdiyyəsinə aid xeyli sayda xilasetmə qrupları cəlb edilib. Zavod işçilərinin xilas edildiyi yanğında 2 nəfərin tüstüdən zəhərləndiyi deyilir. Dərhal təcili yardım maşınında oksigen balonu taxılan yaralıların həyati təhlükəsinin olmadığı deyilir.
Fabrikin bir hissəsinin çökdüyü bildirilir.