İzmirdə xüsusi əməliyyat: 31 PKK-çı həbs olunub

Türkiyənin İzmir şəhərində PKK terror təşkilatına qarşı keçirilən xüsusi əməliyyatda 31 nəfər həbs olunub.

Sabahinfo.az"Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində saxlanılanların evlərində 4 tüfəng, çoxlu sayda təşkilati sənəd, qadağan olunmuş nəşrlər ələ keçirilib.

Əməliyyat tədbirləri davam etdirilir.