ABŞ Demokratlar Partiyasından namizəd Hillari Klinton respublikaçı rəqibi Donald Trampa zəng vuraraq məğlubiyyətini etiraf edib.
sabahinfo.Az-ın məlumatına görə, bu barədə noyabrın 9-da CNN xəbər verir.
The New York Times-in hesablamalarına əsasən, Donald Tramp Seçicilər Kollegiyasının 279 səsini toplayaraq qələbini təmin edib. Qələbə üçün namizəd ən azı 270 səs toplamalı idi.
2017-ci ilin yanvarın 6-da Konqress seçkilərin nəticələrini təsdiqləyəcək. Yeni prezidentin andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.