ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı artıq 12 faiz qabaqlayır. sabahinfo.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu nəticə ABC telekanalı tərəfindən keçirilmiş son sorğu zamanı üzə çıxıb. Belə ki, Klinton seçicilərin səsinin 50 faizini, Tramp isə 38 faizini toplaya bilər.
Oktyabrın 13-də telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü 8 faiz təşkil edirdi.
Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.