ABŞ-ın prezident seçkilərində məğlubiyyətinə baxmayaraq Hillari Klinton ona verilən ümumi səs sayına görə, Donald Tranpdan öndə olub. Nəticələr hesablandıqca Klintonunun Trampı 2 milyon səs geridə qoyduğu görünür.
sabahinfo.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Noyabrın 8-də baş tutan prezident seçkilərində respublikaçıların namizədi Donald Tramp qələbə qazanıb. Səsvermənin nəticələri ayrı-ayrı ştatlar üzrə hesablanıb. İnauqurasiya yanvarda başa tutacaq.
Amma seçicilərin ümümi səsinin hesablanması hələ də davam edir.
Cook Political Reportun məlumatına görə, bu gün üçün Trampa 62,2 milyon, Klintona isə 64,2 milyonun səs verildiyi bildirilib.
Bu ABŞ tarixində ölkə üzrə daha çox səs toplayan namizədin seçkilərdə məğlub olduğu beşinci haldır.