Koalisiyadan növbəti səhv zərbə: - 8 dinc sakin öldü

Ərəb koalisiyasının Yəmənin İbb əyalətindəki yaşayış binalarından birinə endirdiyi aviazərbə nəticəsində azı 8 dinc sakin ölüb.

 

APA-nın xəbərinə görə, bu barədə "Sputnik” agentliyinə yerli rəsmi qurumdan bildirilib.

 

"Koalisiyaya məxsus təyyarələr yaşayış binasına zərbə endiriblər, nəticədə Əs-Səbr dairəsinin kənd təsərrüfatı idarəsinin rəhbəri Məhəmməd əl-Cəmai, onun həyat yoldaşı və üç uşağı, habelə, üç qonşusu ölüblər, doqquz nəfər isə yaralanıb”, - deyə mənbə bildirib.  

 

Mənbə  zərbənin endirildiyi ərazidə heç bir hərbi obyektin olmadığını, ölən və yaralananların hamısının dinc sakin olduğunu qeyd edib.