Konqoda baş verən bir qəbilə davasında ən azı 31 nəfər həlak olub.
Sabahinfo.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, Kasai vilayətində yaşanan qarşıdurmaya səbəb əmi ilə qardaşoğlunun qəbilə rəisi üstündəki mübahisəsi olub.
Vali yardımçısı bildirib ki, qarşıdurmanı yatırtmaq üçün göndərilən 13 təhlükəsizlik işçisi də həlak olanlar arasındadır.
O, hazırda bölgədə asayişin bərpa olunduğunu söyləyib.