ABŞ-da Konqres binasına silahlı hücum hazırlamaqda təqsirləndirilən Kristofer Kornelə hökm oxunub.
Sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, 22 yaşlı K.Kornel 30 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, İŞİD terror təşkilatını dəstəkləyən Kristofer Kornel ABŞ-ın ali qanunverici orqanının yerləşdiyi binada, prezident Obamanın çıxışı zamanı terror aktı törətməyi planlaşdırıbmış.
Qeyd edək ki, ABŞ-ın Ohayo ştatının sakini K. Kornel 2015-ci ilin yanvarında Federal Tədqiqatlar Bürosunun agentləri tərəfindən tutulub.