Moskva polisi Kreml və ABŞ səfirliyi də daxil olmaqla, paytaxtın bir neçə obyektinə bomba qoyulması iddiası barədə məlumatı yoxlayır.
sabahinfo.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, noyabrın 3-də,"Moskva” şəhər xəbərləri agentliyi yazır.
Nəşr qeyd edir ki, "02” xidmətinə Kreml, ABŞ səfirliyi, Yaroslav vağzalı, Leniski küçəsində yerləşən polis bölməsinə bomba qoyulması barədə məlumatı daxil olub.
TASS nəşri isə əlavə edir ki, Kursk və Kazan vağzalları da təhlükə altındadırlar.
Moskva polisi bütün obyektlərə minaaxtaranlar göndərildiyini bildirib. Zəng edən şəxsin kimliyi araşdırılır.