Krımda naməlum şəxslər Quranın nüsxələrini cırıb

Krım Müsəlmanlarının Dini İdarəsi Baxçasaray şəhərinin məscidində vandalizm aktı barədə məlumat yayıb.

Sabahinfo.az bu barədə TASS-a istinadən məlumat verir.

"Naməlum şəxslər məscidin qapısını qıraraq içəri girib, rəflərdən Quranın nüsxələrini götürüb, cıraraq yandırmağa çalışıblar. Amma namaza gələn müsəlmanları görərək cinayətkarlar cırılmış səhifələri məscidin döşəməsinə ataraq naməlum istiqamətdə qaçıblar”, - idarənin məlumatında deyilir.

Polisdən vandalizm faktı təsdiqlənib, cinayət işi açılıb.