KXCP İdarə Heyətinin növbəti toplantısıkeçirilib.İclasda qərarların icra
vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran
vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Həmçinin
partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat
verilib. KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların
icrası istiqamətində müzakirələr davam etdirilib. Ali Mclisin (AM) sözdə
"erməni soyqırımı” ilə bağlı qəbul etdiyi sənədlərin Avropa Birliyi və
Vatikanın Azərbaycan nümayəndəliklərinə çatdırılması haqqında məlumat
verilib, bu "ayaq tutaraq yeriyən” yalanın gələcəkdə ciddi fəsadlar
yaradacağında narahatlıqlar bildirilib və bunun durdurulması, əsil
həqiqətlərin dünyaya çatdırılması üçün Türkiyə, Azərbaycan və digər türk
dövlətlərinin, elm adamlarının, sivil toplumların sistemli və
uzunmüddətli işlər görmələrinin, o cümlədən dünyanının mütərəqqi
qüvvələrinin məlumatlandırılması istiqamətində zərur tədbirlərin
görülməsi qeyd olunub. Ali Məclisin son sessiyasında qəbul edilmiş
qərara uyğun olaraq, qurultayla bağlı hazırlıq vəziyyəti müzakirə
edilib. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatı müzakirə
edilərək QHTK-nin üzvləri arasındaiş bölgüsü aparılıb və partiyanın
rayon (şəhər) şöbələrinin bu həftə ərzində keçirəcəkləri konfranslarda
iştirak etmək üçün nümayəndələr təyin edilib. Çanaqqala zəfərinin 100
illiyi ilə bağlı 24 aprel tarixində Şəhidlər Xiyabanında türk şəhidliyi,
Elçibəyin məzarı və Atatürkün abidəsi KXCP daxil olduğu
"Azadlıq-2015”seçki blokundakı partiyalar tərəfindən ziyarət edilməsi
haqqında məlumat verilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu
ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib.