Lavrov: “Bunu bütün ciddi siyasətçilər bilir”

Rusiya heç vaxt hansısa NATO ölkəsinə hücum etməyəcək.

 

sabahinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, Rusiyanın belə addım atmayacağını bütün ciddi siyasətçilər anlayırlar.

 

Qeyd edək ki, bir müddət öncə ABŞ özünün raketdən müdafiə sistemlərini Rumıniyada yerləşdirib. Moskva Vaşinqtonun bu hərəkətini kəskin şəkildə pisləyib və buna qarşı qəti addımlar atacağını söyləyib.