Lavrov: “Rusiyanın Suriyadakı “S-300” və “S-400” kompleksləri heç kimə təhlükə yaratmır”

Moskva Suriyada "S-300” zenit-raket komplekslərini Rusiya hərbçilərinin etibarlı müdafiəsini təmin etmək məqsədi ilə yerləşdirib.

 

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bunu  XİN rəhbəriSergey Lavrov deyib.   

 

"Biz davam edən gərgin vəziyyətdə hərbçilərimizin, Hərbi-Kosmik Qüvvələrimizin, Tartus limanındakı maddi-texniki təminat məntəqəmizin etibarlı təhlükəsizliyini təmin etməliyik”, - deyə Lavrov qeyd edib.  

 

"Təkrar edirəm:  "S-300” və "S-400” kompleksləri sırf müdafiə silahlarıdır. Onlar heç kimə təhlükə yaratmır”, - deyə o əlavə edib.