Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
"Ötən gün Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı təşkilatının
forumu çərçivəsində baş tutan danışıqların davamı olaraq Suriya böhranı,
o cümlədən Hələbin şərq hissəsindəki vəziyyət müzakirə olunub",
məlumatda qeyd edilir.