ABŞ-ın dövlət katibi Antoni Blinken "Taxıl sazişi”nin bərpa olunması ilə bağlı Rusiyaya çağırış edib.
Sabahinfo.az xəbər verir ki, dünya bazarında taxılın qiyməti 10-15 faiz artıb: “Dünya Rusiyanın “Taxıl sazişi”nə qayıtmasını istəyir”.
Onun sözlərinə görə, Rusiya Ukraynada müharibəyə başlamasaydı və taxıl ixracına imkan verən limanları bağlamasaydı, sazişə ehtiyac olmazdı.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.
Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.